EN

Rusiya hücumu: Kiyevdə Azərbaycan Evinə ziyan dəydi - Foto

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.
BUTA.TV xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov Azərtac-a açıqlamasında binanın ön və arxa tərəfdən şüşələrinin qırıldığını, jalüz və mebellərin zədələndiyini, xəsarət alanın isə olmadığını bildirib. Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.

Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.

Chosen
18
29
buta.tv

10Sources