EN

Azərbaycanın İranla sərhədini pozmaq istəyən Əfqanıstan vətəndaşları saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, iyul ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 (iki) nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı – 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Chosen
13
17
herbiand.az

10Sources