EN

Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Bakı.Trend:

“KOB FEST” sərgi-satış yarmarkasında məhsul və xidmətlərinitəqdim etmək istəyən KOB-lardan müraciətlərin qəbulunabaşlanıldı.

Göygöl rayonunun Xan Yaylağında keçiriləcək 4-cü Milli YaylaqFestivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası da təşkilolunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)təşkilatçılığı ilə keçiriləcək yarmarka 15-17 avqust tarixlərindəfəaliyyət göstərəcək.

Sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etməkistəyən KOB subyektləri, yaradıcı şəxslər və sənətkarlar avqustun12-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciətedə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1(“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB FEST – Göygöl”qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçünödəniş nəzərdə tutulmur.

“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərininistehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçıauditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçılarıKOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə kiçiksahibkarların inkişafını dəstəkləməkdir. Yarmarka həmçinin,sənətkarların satış imkanlarını artırmağı, istehsalçıları vəistehlakçıları bir platformada görüşdürməyi, KOB-lar və təchizatçışirkətlər arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir.

Məqalədə:
Chosen
22
15
az.trend.az

10Sources