EN

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində gedən döyüşlər zamanı həyatını itirib.

Oxuməni.az xəbər verir ki, Rusiya ordusu sıralarında döyüşən Paşayev Elşən Rəfah oğlu may ayının axırlarında Zaparojye istiqamətində gedən döyüşlərdə həlak olub.

Paşayev Elşən Rəfah oğlunun nəşi yaşadığı Amur vilayəti, Mixaylov rayonunun Dubovoy kəndinə gətirilib. O, dünən Dubovoy kəndindəki qəbristanlıqda dəfn olunub.

Amur vilayətində yaşayan həmyerlilərimizdən aldığımız məlumata görə, 51 yaşlı Paşayev Elşən Rəfah oğlu əslən Lənkərandandır. O, döyüşlərə könüllü olaraq bu ilin may ayında qatılıb.

Oxuməni.az

Chosen
21
1
oxumeni.az

2Sources