EN

“Gürcüstan Dəmir Yolları”nın rəhbəri BTQ-yə baxış keçirdi

TBİLİSİ, 1 avqust. TELEQRAF

“Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru Laşa Abaşidze Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki,bu barədə qurumdan bildirilib.

L.Abaşidze Axalkalakiyə səfəri çərçivəsində xəttin mövcud infrastrukturuna baxış keçirib.

Qeyd olunub ki, BTQ dəmir yolu ilə qatarların hərəkəti test rejimində həyata keçirilir. “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktorunun ziyarəti zamanı Axalkalaki stansiyasına Çindən yola salınmış, Türkiyədən keçərək Avropaya yollanacaq qatar gəlib.

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam istismara verilməsi yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına kömək edəcək”, - SC-nin məlumatında vurğulanıb.

Chosen
23
teleqraf.com

1Sources