EN

Qaş qayırdığı yerdə... TASS səhvini belə "düzəltdi" FOTO

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

TASS informasiya agentliyi Xankəndidə rusiyalı marinist rəssam İvan Ayvazovskinin abidəsinin sökülməsi ilə bağlı yazının sərlövhəsində dəyişiklik edib.

Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, agentlik “Stepanakert” sözünü “Xankəndi” yox, “Dağlıq Qarabağ” ifadəsi ilə əvəzləyib.

Xatırladaq ki, artıq Azərbaycan Respublikası ərazisində “Dağlıq Qarabağ” adlı yer yoxdur. Hətta Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını vurğulayıb.

Qeyd edək ki, dünən TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli yazı dərc etmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi də xəbərdarlıq edərək, TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözlədiyini bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
5
www.bakupost.az

6Sources