Bakı. Trend:
“Turan Tovuz” futbol klubu Türkiyə təlim-məşq toplanışıçərçivəsində daha iki yoxlama oyununa çıxacaq.
Bu barədə Trend-ə klubun Mətbuat ximətindən məlumat verilib.
“Baş məşqçimiz Kurban Berdıyev avqustun 2-də Albaniya təmsilçisi“Flamurtari”, avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”lagörüşlərdə komandanı sınaqdan keçirəcək”, - məlumatdabildirilib.
Qeyd edilib ki, hər iki qarşılaşma Bakı vaxtı ilə 18:00-da startgötürəcək.