EN

Xalq artisti Nəzakət Teymurova: Hara baxırsan, Arif Babayevin izi, kölgəsi var

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Arif müəllim demək olar ki, bütün sahələrə əl atmışdı. Mən hər zaman deyirəm: Arif müəllim həm xanəndəlik, həm opera sənəti, həm də pedaqoji fəaliyyət sahəsində böyük xidmətlər göstərib. Hara baxırsan, onun izi, onun kölgəsi var".

Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib.

O qeyd edib ki, Arif Babayev əsl sənətkar nəsli - xanəndələr ordusu yetişdirib:

"Bu gün xalq artistləri, əməkdar artistlər arasında Arif müəllimin tələbələri çoxdur.

Allah ruhunu şad eləsin. Arif müəllim dünyasını çox ağır vəziyyətdə dəyişdi. Mənim üçün o, hər zaman ucalarda olub. O, sadəcə bir müəllim yox, bir şəxsiyyət idi. Biz onu sevdik, onunla qürur duyduq. Onun məsləhətləri, zarafatları, həyat dolu yanaşması bizim üçün çox dəyərli idi. Elə bir adam idi ki, yoxluğu insana pis təsir edir".

Xalq artisti vurğulayıb ki, Arif müəllim o qədər əziyyət çəkdi:

"Son vaxtlar zəng etmişdim. Amma telefonlara cavab vermirdi. Həyat yoldaşına yığdım, o dedi ki, Arif müəllim, narahatdır, ona görə zənglərə cavab vermir. Sonra özü mənə zəng etdi, danışdıq. Dedi ki, həmişə mənə deyirdin, dostunam, amma indi çox narahatam, ona görə də zənglərə cavab verə bilmirəm. Müalicə alırdı. Axır vaxtlar doğurdan da çox çətin idi.

Deyirdim ki, ay Arif müəllim, narahat olma, düzələcək. Amma özü bilirdi vəziyyətin necə olduğunu. Dedi ki, yox bala, bu elə bir şeydir ki, düzələn deyil artıq".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
oxu.az

1Sources