EN

İŞİD üzvü İsveçdə ömürlük həbs cəzasına MƏHKUM EDİLDİ

İŞİD yaraqlısı İsveçdə ömürlük həbs cəzasına məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumata görə, İŞİD üzvü İsveçdə ömürlük həbs cəzasına məhkum edilib.

O, 2015-ci ildə iordaniyalı pilotu diri-diri yandırıb, həmçinin Fransa və Belçikada terror aktlarında iştirak edib.

“İslam Dövləti” terror təşkilatının üzvü kimi tanınan İsveç vətəndaşı Usama Krayem Stokholmda ömürlük həbs cəzasına məhkum edilib.

Artıq üçüncü dəfədir ki, ona İŞİD-in tərkibində törətdiyi cinayətlərə görə hökm oxunur.

Məhkəmənin bir hissəsi olaraq, Krayem on il əvvəl beynəlxalq rezonans doğuran iordaniyalı pilot Muaz əl-Kasasibin qətlində iştirak etməkdə ittiham olunub.

Xuraman Etibarlı

İnterpress.az

 

Chosen
21
interpress.az

1Sources