EN

Arxiv sənədləri AÇILDI - Putin 30 il əvvəl Ukraynaya göz dikibmiş

Almaniyanın diplomatik arxivlərində Rusiya prezidenti Vladimir Putinin Krım, Şərqi Ukrayna və Qazaxıstanın şimal bölgələrinə ərazi iddialarının hələ 1990-cı illərin ortalarında formalaşmağa başladığını təsdiqləyən sənədlər üzə çıxıb.
 
Moderator.az Musavat.com - a istinadla xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" nəşri Almaniya Xarici İşlər Nazirliyinin arxiv materiallarına istinadən məlumat yayıb.
 
Bildirilir ki, 1994-cü il yanvarın 14-də o vaxtkı Almaniyanın Sankt-Peterburqdakı baş konsulu o vaxt şəhər hökuməti sədrinin birinci müavini vəzifəsini tutan Putinin açıqlamalarını qeydə alıb.
 
SÉ™nÉ™ddÉ™ qeyd olunur ki, Putin hÉ™min görüşdÉ™ qÉ™tiyyÉ™tlÉ™ bÉ™yan edib ki, “Krım, Şərqi Ukrayna vÉ™ Åžimali Qazaxıstan heç vaxt Rusiya üçün yad olmayıb, onlar hÉ™miÅŸÉ™ Rusiya É™razisinin bir hissÉ™si olub”.
 
Həmin görüşü qeydə alan alman diplomatı əlavə edib ki, Putin rusların "milli hissi"nə toxunaraq, bu hissin almanlar üçün anlaşılan olmadığını da vurğulayıb.
 
Arxiv materialları göstərir ki, Putinin qonşu ölkələrə qarşı ərazi ambisiyaları təkcə 2014-cü ildə Krımın ilhaqı və Donbassda müharibə ilə başlamayıb. Bu iddialar onun siyasətində daha erkən, yəni hələ 1990-cı illərin əvvəllərindən formalaşmağa başlayıb.
Chosen
13
1
moderator.az

2Sources