BAKI, TurkicWorld
İran Prezidenti Məsud Pezeşkian ölkəsində Azərbaycana qarşı məsafəli yanaşmaları tənqid edərək, Azərbaycanın qohum və qardaş ölkə olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Pezeşkian Zəncan şəhərində keçirilən rəsmi tədbirdə çıxışı zamanı qonşu ölkələrlə münasibətlərə toxunub.
Azərbaycan səfərindən əvvəl İranda bəzi şəxslərin bu səfərə qarşı məsafəli yanaşmalar sərgilədiyini qeyd edən Pəzeşkiyan "Azərbaycan əslində bizim qohumumuzdur. Necə ola bilər ki, mən ora getməyim, müqavilə bağlamayım da İsrail bağlasın? Necə ola bilər ki, mən qardaşlarımla düzgün münasibət qura bilməyim, amma İsrail orada nüfuz qazansın? Günahkar mənəm, o deyil." - deyə qeyd edib.
Qeyd edək ki, İran Prezidenti Pezeşkian 4 iyulda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana səfər etmişdi.