Meyvə və tərəvəzlər ürək-damar xəstəliklərindən ölüm riskini 28% azalda bilər.
İnterpress.az xəbər verir ki, mütəxəssislər bu barədə araşdırma aparıb. Araşdırmalar göstərir ki, meyvə və tərəvəz istehlakının, xüsusən də gündə 5 porsiyaya qədər artırılması ürək-damar xəstəliklərindən ölüm riskinin azalması ilə əlaqələndirilir.
Dietoloqlar ofisdə işləyənləri də nəzərə alaraq, onlar üçün məcburi qida – meyvə, tərəvəz və makaron tapıblar.
“Ofis işçilərinin gündəlik qida rasionunda meyvə, toyuq, tərəvəz, makaron və paxlalılar olmalıdır.
Zehni əmək üçün balanslaşdırılmış pəhrizin mühüm hissəsi kompleks karbohidratlardır. Onlar tam taxıl çörəyi, düyü və makaronda olur.
Kompleks karbohidratlar şəkər molekullarının uzun zəncirləridir, onların parçalanması və bədən tərəfindən udulması daha uzun müddət tələb olunur.
Onlar yavaş və davamlı enerji təchizatı təmin edirlər. Sadə karbohidratlar, əksinə, bir və ya iki şəkər molekulundan ibarətdir.
Onlar tez udulur, bu da qlükozada “sıçrayışlara” və aclığın tez qayıtmasına səbəb olur”, – dietoloqlar bildirib.
Xuraman Etibarlı
İnterpress.az