EN

Kanada ABŞ-nin yeni rüsumlarına cavab olaraq öz maraqlarını qorumağa hazır olduğunu bəyan edib

Kanada hökuməti ABŞ-nin ölkə mallarına 35 faiz yeni ticarət rüsumu tətbiq etmək qərarından məyus olub.

Bu barədə “Report” Kanadanın Baş naziri Mark Karninin ofisinin bəyanatına istinadən məlumat verir.

Kanada zərər çəkmiş sahələrin dəstəklənməsi, ixrac bazarlarının şaxələndirilməsi və daxili istehsalın gücləndirilməsi də daxil olmaqla, milli maraqlarını qorumaq üçün tədbirlər görməyə hazır olduğunu bəyan edib.

M.Karni vurğulayıb ki, hökumət daxili iqtisadi artıma və irimiqyaslı investisiya layihələrinin həyata keçirilməsinə diqqət yetirəcək. Onun sözlərinə görə, bu tədbirlər 500 milyard dollardan çox investisiyanın cəlb edilməsinə və minlərlə yeni iş yerinin yaradılmasına imkan verə bilər.

Chosen
35
report.az

1Sources