Çin Qazaxıstanda iki atom elektrik stansiyası (AES) tikəcək.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin baş nazirinin birinci müavini Roman Sklyar bildirib.
Onun sözlərinə görə, hazırda layihələrin texniki-iqtisadi əsaslandırmaları hazırlanır. Ona görə də tikintinin dəqiq qiyməti hələlik məlum deyil.