EN

Trampın Putinə verdiyi müddət başa çatır: Son tarix...

ABŞ Prezidenti Donald Tramp Rusiyaya Ukrayna ilə sülh sazişi bağlaması üçün 8 avqusta qədər vaxt verib. Bunu BMT-də ABŞ-ın daimi nümayəndəsinin müavini Con Kelli bəyan edib.

News24.az-ın məlumatına görə, Kelli bildirib ki, Tramp Rusiyanın Ukrayna ilə atəşkəs və davamlı sülh üçün razılaşmaya gəlməsini açıq şəkildə tələb edib: “Hər iki tərəf – Rusiya və Ukrayna danışıqlara başlamalıdır. Razılaşmanın vaxtı çatıb və Tramp bunun 8 avqusta qədər reallaşmasını istəyir”.

Əgər bu müddət ərzində sülh sazişi əldə olunmazsa, ABŞ Rusiyaya qarşı yeni gömrük tarifləri və əlavə tədbirlər tətbiq edəcəyini bəyan edib. Tramp bu barədə son açıqlamasında Rusiyaya 10 günlük ultimatum verdiyini, nəticə alınmasa iqtisadi sanksiyaların gücləndiriləcəyini vurğulayıb.

Xeyrənsə Piriyeva

Chosen
29
1
news24.az

2Sources