Hacıqabul rayonunda təcili yardım maşının qəzaya uğraması nəticəsində ölən və yaralıların şəxsiyyəti məlum olub.
Editor.az xəbər verir ki, Füzuli rayon sakini, 1971-ci il təvəllüdlü Namiq Həmzəyevin idarə etdiyi təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində həmyerlisi 1993-cü il təvəllüdlü Rəsul Qurbanlı ölüb. Sürücü və həkim Əliağa Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda təcili tibbi yardım maşınının düşdüyü qəzanın təfərrüatı məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün saat 6:30-da, Bakı-Qazax magistral yolunun 98-ci kilometrliyində qeydə alınıb.
“Rüstəm Sahib oğlu Rüstəmovun idarə etdiyi “KamAZ” markalı, 14-BD-565 dövlət nömrə nişanlı yük avtomobili ilə 90-JN-615 dövlət nömrə nişanlı təcili tibbi yardım avtomobili toqquşub. Hadisə zamanı təcili tibbi yardım avtomobilində sürücüdən əlavə iki nəfər də olub. Hələlik onların şəxsiyyətləri məlum deyil. Hər üç şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.