EN

Bakı konsertini ləğv edən müğənni təhdid edildi - Video

Dünən konsertini ləğv edib, təhdid edildiyini bildirib.

Axar.az xəbər verir ki, Rza Tamer bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Müğənninin sözlərinə görə, Bakıda ləğv olunan konsertin keçiriləcəyi restoran Türkiyədə barəsində axtarış elan edilən və hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan qeyri-qanuni mütəşəkkil qruplaşmanın rəhbəri Sədat Pekərə məxsus olub:

“Sədat Pekərə sonsuz sayğılarımı bildirirəm. Sədat qardaş, bizim Turana əmək verən hər kəsə sonsuz hörmətimiz var. Bizə zəng edib Azərbaycanda ləğv etdiyim konsertin məkanının sənə aid olduğunu deyib, təhdid etdilər. Sədat qardaş, mən azərbaycanlılara heç bir hörmətsizlik etmədim. Getdik ora və mənə doğum günü əyləncəsi olacağını, 50 min dollar qarşılığında 2 musiqi ifa etməli olduğumu bildirdilər. Biz isə razılaşmadıq və oteli tərk etdik. Başqa oteldə də Türk lirəsinin keçmədiyini gördükdən sonra Türkiyəyə qayıtdıq. Azərbaycan xalqına heç bir hörmətsizliyim yoxdur. Onlar başımın tacıdır.

Sədat qardaş, əgər bu işlə sənin əlaqən yoxdursa və sənin adından istifadə edirlərsə bildirim ki, mən İstanbuldayam. 4 saat burada sizi gözləyəcəyəm, gəlin!”, - müğənni bildirib.

Qeyd edək ki, dünən “Bihter” restoranında konserti planlaşdırılan türkiyəli müğənni Rza Tamer konsertini ləğv edərək ölkəsinə qayıdıb. Səbəb kimi isə Türkiyə lirəsinin Azərbaycanda keçmədiyini bildirib.

Chosen
23
1
axar.az

2Sources