EN

Moldovada şəhid övladları üçün “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi keçirilir (FOTO)

Bakı. Trend:

29 iyul – 4 avqust tarixlərində Moldovanın paytaxtı Kişineuşəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş“Qardaşlaşmış Qarabağ Məktəbləri” VI Yay Düşərgəsi keçirilir.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi iləbaş tutan düşərgənin təşkilatlçıları “CAM” Azərbaycan MoldovaBirliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, MoldovaAzərbaycanlıları Konqresi və Azərbaycanlıların İsveçrədəkiMədəniyyət Mərkəzidir.

Tədbirdə Azərbaycandan olan şəhid övladları ilə yanaşı,Moldovada yaşayan azərbaycanlı ailələrin uşaqları da iştirakedir.

Proqram çərçivəsində iştirakçılar müxtəlif sahələr üzrə peşəkartəlimlərə qatılacaq, tanışlıq və qrup fəaliyyətləri vasitəsilə yenibilik və bacarıqlara yiyələnəcəklər. Eyni zamanda, onlar Moldovanıntarixi, mədəni və turistik məkanlarını ziyarət etmək imkanıqazanacaqlar.

Moldovada
Moldovada
Moldovada
Chosen
48
6
az.trend.az

7Sources