EN

Kür çayında batan şəxsin meyiti tapılıb

Kür çayının Yevlax rayonundan keçən hissəsində batan şəxsin meyiti tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, iyulun 20-si saat 15 radələrində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində suda üzərkən batmış, 1987-ci il təvəllüdlü Bərdə şəhər sakini Sənan Əliyevin meyiti Bakı-Qazax avtomobil yolunun Yevlax şəhərinə giriş hissəsində, Kür çayının üzərindən keçən körpünün alt tərəfinə yaxın ərazidə aşkar edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az" 

Chosen
37
6
cebheinfo.az

10Sources