EN

Rusiya Kiyevə güclü zərbə endirdi: 27 nəfər həlak oldu

Vətəninfo.az xəbər verir ki, bu gecə Rusiyanın zərbəsi nəticəsində Kiyevdə ölənlərin sayı 27-yə çatıb, bu barədə səhər saatlarında Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin sözçüsü Aleksandr Xorunji məlumat verib.

Bundan əvvəl Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti xəbər vermişdi ki, xilasedicilər gecə və səhər saatlarında Svyatoşinski rayonunda yaşayış binasının dağıntıları altından 10 nəfərin cəsədini, o cümlədən iki yaşlı uşağın cəsədini çıxarıblar. Daha sonra Xorunji bildirib ki, “27 nəfər artıq ölüb. Xilasedicilərin Svyatoşinski rayonunda dağıntılar altından daha bir nəfəri çıxarması barədə məlumat indicə yayılıb”.

O, Rusiyanın bu zərbəsinin qurbanlarının sayının hələ də arta biləcəyini proqnozlaşdırır.

Chosen
17
veteninfo.az

1Sources