Afrika İttifaqının İnkişaf Agentliyinin (NEPAD) Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri Zippora Mobane III Şuşa Qlobal Media Forumunu Azərbaycanın mədəniyyət, tarix və açıq dialoq vasitəsilə öz dayanıqlılığını, dəyərlərini və inkişafa can atmasını nümayiş etdirə bilməsinin bariz nümunəsi adlandırıb.
“Report” xəbər verir ki, o, bu barədə Afrikanın “Jambo Africa” nəşrinə bildirib.
Mobanenin sözlərinə görə, onun Azərbaycanla tanışlığı 2024-cü ildə, BMT-nin iqlim dəyişikliyi konfransında - COP29-da iştirak etmək üçün ilk dəfə Bakıya səfəri ilə başlayıb. Artıq o zaman yüksək səviyyəli təşkilatçılıq onda böyük təəssürat yaratmışdı, Şuşada keçirilən mediaforumda (19-21 iyul) iştirak isə ölkəni, onun xalqını və mədəni irsini daha dərindən anlamağa imkan verdi.