Bakı. Trend:
Bu ilin iyulun 1-i vəziyyətinə Azərbaycanın xarici dövlət borcu5.010 milyard ABŞ dolları və ya 2025-ci il üzrə 130.662 milyardmanat (76.860,3 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılanÜDM-in 6,5 faizini təşkil edib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin 1 iyul tarixinə Azərbaycanən xaricidövlət borcu xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklərnəzərə alınmaqla 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə119 milyon ABŞ dolları və ya 2,4 faiz azalıb.
"2025-ci ilin birinci yarımili ərzində kredit sazişləriçərçivəsində istifadə olunan vəsait müqabilində 237,1 milyon ABŞdolları məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin həyatakeçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib..2025-ci ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti2025-ci ilin əvvəli ilə müqayisədə 0,4 faiz bəndi azalıb", - deyəməlumatda qeyd edilib.