EN

Rusiyanı qabaqladıq, 28-ci pillədə möhkəmləndik - UEFA reytinqi

Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayaraq 28-ci pillədə möhkəmlənib.

"Football-plus.az" xəbər verir ki, 2-ci təsnifat mərhələsinin cavab matçlarının ardından ölkənin əmsalı 18.750-ə çatıb.

Cari mövsümdə qazanılan əmsal isə 1.625-ə yüksəlib. Ukrayna (19.225) 27-ci, Rusiya (18.299) 29-cu sıradadı.

Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin Bakıdakı cavab oyununda İrlandiyanın "Şelburn" kollektivini minimal hesabla üstələyib - 1:0. Səfərdə rəqibini üç cavabsız qolla yenən "köhlən atlar" növbəti mərhələdə Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.

"Sabah" Konfrans Liqasında Moldovanın "Petrokub" komandasına şans verməyib. Səfərdə 2:0 hesablı qalibiyyyət əldə edən "bayquşlar" ötən gün evdə 4:1 hesablı qələbəyə sevinib və 3-cü təsnifat mərhələsinə adlayıb.

"Araz-Naxçıvan" Yunanıstanda "Aris"lə bərabərə qalıb - 2:2. Bu, Bakıda qalib gələn (2:1) Naxçıvan təmsilçisinin növbəti mərhələyə vəsiqə qazanmasına kifayət edib.

"Zirə" isə Xorvatiyadakı qarşılaşmanın əlavə vaxtında "Hayduk"a uduzub - 1:2. Bakıda rəqibi ilə bərabərə qalan (1:1) "qartallar" avrokuboklarda mübarizəni dayandırıb.

Xatırladaq ki, "Sabah" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya), "Araz-Naxçıvan" Cənubi Kiprin "Omoniya" klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

Chosen
49
6
football-plus.az

9Sources