EN

Rusiyanın Kiyev vilayətinə hücumu dayanmır: İrimiqyaslı yanğınlar var

Avqustun 1-nə keçən gecə Rusiya ordusu Kiyev vilayətinə hücum ediblər.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ruslar Belotserkov şəhərini bombalayıblar. Nəticədə mülki müəssisələrdə irimiqyaslı yanğınlar baş verib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti bildirib: "Avqustun 1-nə keçən gecə ruslar Belotserkovski rayonuna silsilə zərbələr endiriblər. Hücum nəticəsində mülki müəssisələrin ərazisində irimiqyaslı yanğınlar baş verib. Yanğınsöndürmə işləri davam edir. İşlərə 100-dən çox xilasedici və 34 ədəd SES texnikası, o cümlədən robototexnika cəlb olunub".

Chosen
16
publika.az

1Sources