"Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Polşada təlim-məşq toplanışında olan komanda Kipr təmsilçisi AEL-lə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüş Byalobjeqdə yerləşən “Mieyski” stadionunda gerçəkləşəcək.
Qeyd edək ki, bundan əvvəl “Hapoel" (Təl-Əviv/İsrail, 1:1) və “Termalika" (Polşa, 2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras" (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.
"Hayduk" - "Zirə": Heyətlər
"Aris" - "Araz": Start heyətlər
"Kəpəz" "Sumqayıt"la bacarmadı - YENİLƏNİB
Atıcımız Avropa çempionatında gümüş medal qazanıb
“Sabah” - “Petrokub”: Heyətlər