EN

“Kremlin avqustun 8-nə qədər vaxtı var” - Trampdan ultimatum

  ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Rusiyanı hədələyib.

Referans “ Qafqazinfo ”ya istinadən xəbər verir ki, Tramp avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələyib.

“Biz sanksiyalar tətbiq etməyə hazırlaşırıq. Onlar sanksiyalardan xəbərdardırlar. Bunun effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik”, - deyə Tramp qeyd edib.

Həmçinin Amerika lideri iyulun 31-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbənin nəticələrini kəskin tənqid edib: “Rusiyanın etdikləri iyrəncdir”.

Chosen
103
4
referans.az

10Sources