EN

Cəlilabadda qəza oldu - Ölən və yaralananlar var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Əsədli kəndində qeydə alınıb.

Belə ki, "QAZ-53" markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
39
7
redaktor.az

10Sources