AZ

Cəlilabadda yük avtomobili aşıb: Ölən və yaralananlar var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Bakues.az xəbər verir ki, hadisə Əsədli kəndində qeydə alınıb.

Belə ki, “QAZ-53” markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
42
10
icma.az

10Mənbələr