EN

Xalq artisti Arif Babayev 87 yaşında vəfat edib

Azərbaycanın Xalq artisti, tanınmış muğam ifaçısı Arif Babayev 87 yaşında vəfat edib.

Onun oğlu Yaşar Babayevin Oxu.Az-a verdiyi məlumata görə, sənətkar bu gün səhər saat 6-da ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. O, Azərbaycanın muğam sənətinə uzun illər töhfə vermiş tanınmış ifaçılardan biri kimi yadda qalıb.

Gülnar

Chosen
49
7
anews.az

3Sources