EN

Ozzi Osborn İngiltərədəki malikanəsinin bağçasında dəfn edilib

Ozzi

Rok musiqiçisi Ozzi Osborn vəsiyyət etdiyi kimi İngiltərənin cənub-şərqindəki Bukingemşirdəki malikanəsinin bağçasında dəfn edilib.

Bu barədə The Daily Mirror xəbər verir.

Nəşrin məlumatına görə, mərasim cümə axşamı, iyulun 31-də baş tutub və yalnız qohumları və ən yaxın dostları iştirak edib.

Qeyd olunur ki, dəfn mərasimində mərhumun həmkarları - gitaraçı Toni İommi, basçı Geezer Butler, nağara ifaçısı Bill Uord, Metallica qrupunun vokalisti və gitaraçısı Ceyms Hetfild, həmçinin britaniyalı musiqiçi Elton Con iştirak edib.

Bildirilir ki, pərəstişkarları Osbornun malikanəsinin girişindəki darvazalara gül və uşaq oyuncaqları qoyublar. DM-in sözlərinə görə, musiqiçi vaxtının çox hissəsini Los-Ancelesdə keçirirdi, lakin 2025-ci ilin martında vətəninə qayıdıb və Birmingemdə çıxış etdi - konsert onun sonuncusu oldu. Osborn iyulun 22-də vəfat etdi, o, 76 yaşında idi.

Cavid

Chosen
12
xalqcebhesi.az

1Sources