EN

Rusiya Ukraynaya rekord sayda hücum dronları buraxdı

BAKI. 01 avqust. TELEQRAF

Rusiya uzaq məsafəli hücum dronlarının döyüş tətbiqində yeni rekord vurub.

Teleqraf xəbər verir ki, bu barədə “Conflict News” portalının həmtəsisçisi Kayl Qlen “X” sosial şəbəkəsində yazıb.

Ekspertin məlumatına görə, 2025-ci ilin iyul ayı ərzində Ukrayna ərazisinə 6297 ədəd "Geran" və "Gerbera" pilotsuz uçuş aparatı (PUA) buraxılıb. O qeyd edib ki, keçən ilin iyul ayında onların sayı cəmi 426 olub. Beləliklə, bir il ərzində artım təxminən 1400 faiz təşkil edib.

Chosen
17
teleqraf.com

1Sources