EN

Marko Rübio: “Həftənin əvvəlində Rusiya ilə danışdıq, amma irəliləyiş yoxdur”

ABŞ dövlət katibi Marko Rübio bəyan edib ki, Vaşinqton bu həftənin əvvəlində Rusiya ilə Ukraynada sülhə aparacaq mümkün yollar barədə danışıqlar aparıb.

Lakin onun sözlərinə görə, tərəflər arasında bu istiqamətdə heç bir irəliləyiş qeydə alınmayıb.

“Düşünürəm ki, prezident (ABŞ prezidenti Donald Tramp – red.) üçün ən narahatedici məqam ondan ibarətdir ki, o, bu mükəmməl telefon danışıqlarını aparır, tərəflər isə guya bu münaqişənin sonunu görmək istədiklərini bildirirlər. Amma o, xəbərləri açanda görür ki, daha bir şəhər bombalanıb – özü də cəbhə xəttindən uzaqda yerləşən şəhərlərdən biri”, – deyə Rübio Fox News aparıcısı Brayan Kilmedə verdiyi müsahibədə qeyd edib.

Dövlət katibinin sözlərinə görə, əgər tərəflərdən biri atəşkəslə maraqlanmırsa, bu halda sülhə nail olmaq üçün səylərin davam etdirilib-etdirilməməsi barədə qərar verilməlidir

//Samir Qurbanov, Editor.az

Chosen
15
editor.az

1Sources