Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Məhsəti qəsəbəsində qeydə alınıb. 11 saylı xətt üzrə işləyən "ISUZU " markalı sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən A.Zeynallını vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.