EN

Yevlaxda biri azyaşlıya məxsus olmaqla iki meyit aşkarlanıb

Yevlax rayonunun Aran qəsəbəsində yaşayış evində biri azyaşlı olmaqla iki nəfərin meyit aşkarlanıb...

APA-nın yerli müxbirinin verdiyi məlumata görə, meyiti tapılan şəxslərin Məhəbbət Əvəz oğlu Zeynalov və onun birinci qrup əlil qızı olduğu müəyyənləşib.

İlkin məlumata görə, ata üç gün əvvəl intihar edib.

Evdə tək qalan azyaşlı qızın isə aclıqdan öldüyü ehtimal olunur.

Hər iki meyitin bu gün aşkarlandığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Poliqon.info

Chosen
26
6
poliqon.info

10Sources