EN

Yekaterinburqda həbs olunan azərbaycanlılarla bağlı YENİ QƏRAR

Rusiyada məhkəmə azərbaycanlıların həbsdə qalması barədə qərar verib.

Bakupost.az xəbər verir ki, Sverdlovsk vilayət məhkəməsi, iyunun 27-də Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əhliman Gənciyev və Bəkir Səfərovun həbsdə qalması barədə qərarı qüvvədə saxlayıb.

Bundan əvvəl Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi təqsirləndirilən şəxslərin 19 oktyabra qədər həbsdə qalması barədə qərar çıxarmışdı. Həmyerlilərimzin vəkilləri bu qərardan apellyasiya şikayəti vermişdi. Toyuqlu pizza

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Yekaterinburqda azərbaycanlıların evlərində reydlər keçirib. Əməliyyat zamanı iki azərbaycanlı vəhşicəsinə öldürülüb, bir neçə nəfər isə yaralanıb.


Telegram kanalımız
Chosen
16
1
yenisabah.az

2Sources