Aktual.az xəbər verir ki, bu barədə "Politiko” nəşri mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın təşəbbüsü avropalı diplomatlar arasında təşviş yaradıb:
"Onlar qorxurlar ki, hərbi əməliyyatlara son qoymaq müqabilində ABŞ Rusiyaya nəhəng iqtisadi sövdələşmələr və Moskvaya qarşı sanksiya təzyiqlərini əhəmiyyətli dərəcədə yumşaldacaq güzəştlər təklif edə bilər. ABŞ-ın neft və qaz sənayesi rəsmiləri bu cür addımların ölkənin enerji sektoruna, xüsusən də LNG ixracının artımına ciddi ziyan vura biləcəyi barədə xəbərdarlıq ediblər”.