EN

Almaniya Fələstin dövlətini tanıya biləcəyini bəyan edib

Almaniyanın xarici işlər naziri Yohan Vadeful İsrailin İordan çayının qərb sahilini ilhaq edəcəyi təqdirdə Bundestaqın Fələstin dövlətinin tanınması prosesini sürətləndirə biləcəyini bəyan edib...

Oxu.Az bu barədə "Bloomberg" nəşrinə istinadən məlumat yayıb.

Almaniya XİN rəhbəri söyləyib ki, iki dövlətin yaradılması prinsipi münaqişənin hər iki tərəfindəki insanların sülh, təhlükəsizlik və ləyaqət içində yaşaması üçün yeganə həll yolu olaraq qalır.
"Almaniya üçün Fələstin dövlətinin tanınması bu prosesin sonuncu mərhələsidir. Amma bu proses indidən başlamalıdır", - deyə Y.Vadeful qeyd edib.
Məlumat üçün əlavə edək ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün İsrailə səfər edəcək. Almaniyalı nazirin İsrail rəsmiləri ilə Qəzzadakı humanitar vəziyyətlə bağlı müzakirə aparacağı da gözlənilir.

Poliqon.info

Chosen
60
3
poliqon.info

4Sources