AZ

Ukraynalı nazir: Silahlarla tam təmin olunmağımız üçün beynəlxalq silah bazarı açılmalıdır

Ukrayna Silahlı Qüvvələrinin müəyyən növ silahlarla 100% təmin olunması üçün beynəlxalq silah bazarı bizim üçün açılmalıdır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna müdafiə naziri Denis Şmıqal Kiyevdə baş tutan hökumətin yeni fəaliyyət istiqamətlərinin təqdimatında bildirib.

“Əksər silah istehsalçılarının çoxdan gözlədiyi müvafiq qanun layihəmiz bizim silah istehsalçılarımıza müvafiq üstünlüklər və struktur yardımı almağa imkan verəcək.

Ukrayna üçün beynəlxalq silah bazarını açmaq lazımdır” - deyə o əlavə edib.

Seçilən
10
37
report.az

10Mənbələr