İngiltərənin “Nottingem Forest” klubu heyətinə yeni futbolçu qatıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda “Bolonya”dan Dan Ndoyeni transfer edib. 24 yaşlı oyunçu ilə 6 illik müqavilə imzalanacaq.
“Nottingem Forest” isveçrəli vinger üçün İtaliya klubuna 40+5 milyon avro təzminat ödəyəcək.
Ndoye ötən mövsüm “Bolonya”nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.