Demokrat.az xəbər verir ki, AFFA-nın yaydığı məlumatda bildirilir:
“AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi.
Bu qərara əsasən son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən 1-ci liqadan Premyer Liqaya yüksəlmiş klublara (“Karvan-Yevlax” FK, “İmişli” FK) bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir:
1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə)
2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər”.
10Sources
-
sportinfo.azAFFA-dan güzəşt ala bilməyən klubdan heç kimin gözləmədiyi İLGİNC QƏRAR! ( 19935443)
-
azerbaijan-news.azAFFA şərtləri açıqladı ( 19910974)
-
football-plus.azAFFA premyer-liqanın 2 klubuna möhlət verdi ( 19894739)
-
demokrat.azAFFA Premyer Liqanın 2 klubuna möhlət verdi ( 19892855)
-
sitat.infoAFFA Premyer Liqanın 2 klubuna möhlət verdi ( 19892687)
-
rekord.azAFFA Premyer Liqaya yüksəlmiş klublardan ikisinə bir mövsümlük möhlət verdi ( 19892321)
-
qafqazinfo.azAFFA Premyer Liqanın 2 klubuna möhlət verdi ( 19892285)
-
arena.azAFFA “Karvan” və “İmişli”yə 1 illik möhlət verdi ( 19892258)
-
poliqon.infoAFFA Premyer Liqaya yüksəlmiş klublardan ikisinə bir mövsümlük möhlət verib ( 19891037)
-
az.trend.azPremyer Liqanın 2 klubuna möhlət verildi ( 19890944)