EN

Naxçıvanda ağır qəza - 4 nəfər xəsarət aldı

Naxçıvanda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.


Manset.az xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistral yolunun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində baş verib. "Maple" markalı avtomobillə "Mitsubishi" markalı avtomobil toqquşub.

Qəza zamanı Babək rayonu Didivar kəndində sakinləri - 1973-cü il təvəllüdlü Ziyafət Məmmədov və onun oğlu, 1998-ci il təvəllüdlü Əsgər Məmmədov, həmçinin Sara Paşayeva, və Faiq Paşayev xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Chosen
72
11
manset.az

10Sources