EN

Gədəbəyin bir sıra kəndlərində elektrik şəbəkəsi yenilənir

Bakı, 31 iyul, AZƏRTAC

Gədəbəyin köhnəlmiş elektrik təsərrüfatı yenilənir.

“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, rayonun Arıqıran kəndində 0,4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulur.

İşlər yekunlaşdıqdan sonra kənddə ümumilikdə 9 müasir tipli Komplekt Transformator Məntəqəsi (KTM) abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.

Rayonun Arısu, Xarxar və Zəhmət kəndlərinin elektrik şəbəkəsi tamamilə yenilənib. Yeni 0,4 kV-luq dayaqlar basdırılıb, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. Sözügedən 3 kənddə ümumilikdə 17 KTM quraşdırılıb.

Növbəti mərhələdə Çanaqçı, İnəkboğan və Kərimli kəndlərində 0,4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulacaq.

Chosen
32
16
azertag.az

10Sources