Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi kəskin ifadələrə münasibət bildirib.
APA xəbər verir ki, Dmitri Medvedev Rusiyanın öz yolu ilə getməyə davam edəcəyini söyləyib.
“Əgər Rusiyanın sabiq prezidentinin (özünü nəzərdə tutur – red.) hansısa sözləri ABŞ-ın bu qədər qəzəbli prezidentinin əsəbi reaksiyasına səbəb olubsa, deməli, Rusiya hər şeydə haqlıdır və öz yoluna davam edəcək”, - deyə Medvedev vurğulayıb.