EN

Hesablama Palatası İcbari tibbi sığorta fondunda nöqsanlar aşkarlayıb

Bakı. Trend:

Hesablama Palatası İcbari tibbi sığorta fondunda (Fond) maliyyəpozuntusu aşkarlayıb.

Trend Palatayaistinadən xəbər verir ki, İcbari tibbi sığorta fondunun (Fond)2023-2024-cü illər üçün gəlir və xərclərinin icrasının, eləcə də,sərbəst vəsaitinin idarə olunmasının hüquqi aktların tələblərinəuyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyan kənar dövlətmaliyyə nəzarəti tədbiri 2025-ci ilin İş Planına əsasən həyatakeçirilib.

Qeyd edilib ki, audit obyektləri kimi Fondun vəsaitlərini idarəedən Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyi (Agentlik), eləcə də “Tibbi Ərazi Bölmələrini İdarəetməBirliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan tibbmüəssisələrinin təchizatı və təmiri və s. istiqamətdə tədbirlərihəyata keçirən “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs(Mərkəz) müəyyənləşdirilib.

"İlk olaraq hesabatlılığın təmin edilməsi ilə bağlı diqqətəçatdıraq ki, dövlət büdcəsinin icrası ilə bağlı AzərbaycanRespublikasının Milli Məclisinə təqdim olunmuş hesabatlarda Fondungəlir və xərclərinin 2023-cü il üçün 2236,9 mln. manat və 1804,3mln. manat, 2024-cü il üçün isə 2467,2 mln. manat və 2214,7 mln.manat təşkil etdiyi göstərilib.

Təqdim olunmuş illik hesabatların auditi Agentlik tərəfindənhesabatlılığın düzgün təşkil edilməməsi nəticəsində Fondun gəlir vəxərc göstəricilərinin, bununla da icmal büdcənin müvafiqparametrlərinin təhrifini müəyyən edib. Təhriflər gəlirlərin icrasıilə bağlı göstəricilərin tam nəzərə alınmaması, əvvəlki illərə dairbəzi istiqamətlər üzrə xərclərin və öhdəliklərin hesabatda doğrutanınmaması səbəbindən yaranıb.

Həmçinin, qeyd edək ki, auditlə əhatə olunan illər üzrə Fondunbüdcəsi haqqında müvafiq hüquqi aktlarda nəzərdə tutulmayanistiqamətlərdən vəsait daxil olub, eləcə də, xərclər üzrə isə həminhüquqi aktlarda nəzərdə tutulmayan istiqamətlərə vəsait yönəldilib.Eyni zamanda, bəzi istiqamətlərdə təsdiq olunmuş məbləğdən çoxvəsaitin icrasına da yol verilib", - məlumatda vurğulanıb.

Məlumata görə, 2023-2024-cü illərdə Fondun büdcələri ilə bağlımüvafiq hüquqi aktlarda əvvəlki illərdə istifadə olunmamışvəsaitlərin müvafiq ilin xərclərinə yönəldilməsi nəzərdə tutulsada, icra edilməyib.

"Əvvəlki illərdə formalaşmış gəlirin artıq dövlət gəlirləri kimiuçota düşməsi fonunda bu məbləğin bir hissəsinin yenidən gəlirolaraq büdcədə əks olunması dövlət gəlirlərinin həmin məbləğ qədərtəkrar uçotuna şərait yaradıb.

Dövlət büdcəsindən əhalinin sığortalanmasına ayrılan vəsaitlərinproqnozlaşdırılması zamanı əhali sayının rəsmi statistikməlumatlarla kiçik fərqlərlə uyğunluq təşkil etmədiyimüəyyənləşdirilıb. Həmçinin, eyni kateqoriyalı vətəndaşlaramünasibətdə bir neçə mənbə hesabına tibbi xidmətlərin (sığortanın)nəzərdə tutulması bu sahədə əsaslı yanaşmaların tətbiqinə ehtiyacolduğunu vurğulamaq imkanı verir. Eləcə də, icbari tibbi sığortahaqqının adambaşına düşən məbləğinin məhz hansı xərcləri əhatəetməklə müəyyənləşdirilməsi mexanizminin hər hansı hüquqi aktla vəya metodoloji sənədlə əsaslandırılması ilə bağlı audit çərçivəsindəməlumat təqdim edilməyib.

Hüquqi aktların tələblərinə əsasən büdcədənkənar dövlət fondlarıtərəfindən büdcə layihəsi üzrə müvafiq göstəricilər funksional vəiqtisadi təsnifatın paraqrafları üzrə təqdim edilməlidir.Hesabatlılığın tam formalaşdırılmaması ilə yanaşı, 2023-2024-cüillərdə Fondun büdcəsinin gəlirlərinin Vahid Büdcə Təsnifatınınparaqraflar səviyyəsində bəzi istiqamətlərin əks etdirilməsifonunda xərclər üzrə ümumiyyətlə, təsnifat tətbiq olunmayıb", -məlumatda qeyd edilib.

Agentlik tərəfindən təqdim olunmuş məlumatların təhlili göstəribki, gəlirlərdə olduğu kimi, xərclərdə də əvvəlki il üzrə icrameyillərinin nəzərə alınmaması proqnozların daha çoxmüəyyənləşdirilməsi ilə xərclərin çox nəzərdə tutulmasına, bununlada icra səviyyəsinin aşağı olmasına şərait yaranıb. Belə ki,hesabatlarda 2023-2024-cü illər üçün 2393,2 mln. manat və 2850,3min manat xərc məbləğinə münasibətdə 81,1% və 78,5% vəsaitin icraedilməsi göstərilib.

"Toplanmış audit sübutları göstərir ki, Agentlik tərəfindənhesabat illərində icra edilmiş vəsait üzrə hesabatlılıq yalnızhəmin ildə müəyyənləşdirilmiş xərc istiqamətləri üzrə icralarıəhatə edib. Başqa sözlə, həm 2023-cü, həm də 2024-cü ildə əvvəlkiillərdən qalmış öhdəliklərin icrasına vəsait yönəldilsə də,hesabatlara həmin məbləğlər tam daxil edilməyib.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununda(Qanuna) idarəetmə xərclərinin təsbit olunmaması, saxlanmaxarakterli başqa xərclərin ayrıca sətirlə Fondun büdcəsi haqqındamüvafiq hüquqi aktlara daxil edilməsi, TƏBİB-ə münasibətdə saxlanmaxərclərinin yuxarı həddinin tənzimlənməməsi və bu qurumun yaratdığıhüquqi şəxslərin sayında müşahidə olunan artım cəmi xərclərdəinzibati xarakterli xərclərin payının yüksəlməsinə təsir göstərib.Eləcə də, hüquqi aktlarda bəzi tənzimləmələr üzrə boşluqların,eləcə də həmin xərclərin artımına səbəb olan istiqamətlərə aiduyğunsuzluqların olduğu müəyyən edilib.

Göstərilən məsələlərin araşdırılması idarəetmə xərclərinin hansıistiqamətləri əhatə etməsi ilə sıx əlaqəlidir. Belə ki, dövlətsosial müdafiə fonduna münasibətdə idarəetmə xərclərininqanunvericilikdə anlayışı verilib və nələri əhatə etməsigöstərilib. Lakin yuxarıda adıçəkilən Qanunda belə bir yanaşmatətbiq edilməyib, idarəetmə xərclərinin anlayışı verilmədənidarəetmə və fəaliyyət xərclərinin (o cümlədən, saxlanmaxərclərinin və işçilərin əməkhaqlarının) maliyyələşdirilməsinəFondun gəlirlərinin 2,0%-dən artıq olmamaqla vəsait yönəldilməsitəsbit edilib. Bununla da, Agentlik üzrə idarəetmə xərclərininsərhədlərinin müəyyənləşdirilməsi çətinləşib", - məlumatdabildirilib.

Məlumatda vurğulanıb ki, 2023-cü ilin may ayınadək TƏBİBAgentlik tərəfindən yaradılan və tabeliyinə verilən dövlət səhiyyəsisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və busahədə nəzarəti həyata keçirən qurum kimi təyin edilib:

"Bildirilib ki, son illərdə inzibati islahatlar aparılaraq TƏBİBmüstəqil bir qurum kimi müəyyənləşdirilsə də, Agentliyin saxlanmaxərclərinin 2,0%-lik yuxarı həddi dəyişməz saxlanıb.

Eyni zamanda, TƏBİB-in strukturunu müəyyən edən hüquqi akta hərhansı bir dəyişiklik edilmədən hüquqi şəxslərin yaradılması həminqurumun saxlanma xərclərinin də Fondun vəsaitləri hesabına həyatakeçirilməsi anlamına gəlir və TƏBİB-in saxlanma xərclərini artırır.TƏBİB-in saxlanma xərcinin yuxarı həddi ilə bağlı tənzimlənməninnəzərdə tutulmaması bu xərcin yaradılmasına zərurət araşdırılmadanyeni qurumlara vəsaitin yönəldilməsi ilə nəticələnir.

Qeyd edək ki, Fondun büdcəsində saxlanma xarakterli digərxərclər də nəzərdə tutulmaqla icra olunsa da, həmin xərclər saxlamaxərci kimi təsnifləşdirilməmişdir. Bunları da nəzərə alsaq,göstərilən istiqamətdə gəlirlərin Qanunla müəyyən edilmiş 2,0%-likhəddən çox vəsait icra olunduğunu deyə bilərik".

"Səhiyyə sahəsində məqsədli tədbir və proqramlara ayrılmışvəsaitlərin büdcə qanunvericiliyinin tələblərinin pozulması iləicrası dövlət büdcəsi ilə yanaşı icmal büdcənin kassa icrasıgöstəricilərinin təhrifinə səbəb olmuş, vəsaitin ayrıldığı illərdətam icra edilməməsi həmin ildə ayrılmış vəsaitlərin nəticəliliyininəldə olunmasında əsaslı riskləri formalaşdırıb.

Bəzi hallarda alınmış dərman vasitələri üzrə ehtiyacdan azproqnozlaşdırma aparılıb, eləcə də dövlət proqram və tədbirlərininəhatə etdiyi vətəndaşlar üzrə hesabat illəri üçün hesablanmış vəalınmış dərmanlar və tibbi sərfiyyat ehtiyac sahiblərinə həmin ildəçatdırılmayıb.

Hüquqi aktların müəyyən etdiyi tələblərin düzgün tətbiqolunmaması vergi və icbari ödənişlərin təkrar nəzərə alınmasınasəbəb olmaqla tibbi xidmətlərin tariflərinin 26,0% daha çoxhesablanılması ilə nəticələnib. Eləcə də, tariflərə daxil edilmişxərclərin hesablanılması ilə bağlı hər hansı hüquqi və ya metodikisənədin olmaması dəyər/tarif uyğunluğunun təmin edilməsində əsasrisk faktorunu formalaşdırıb.

İstifadə olunan avadanlıqların dəyəri bir sıra hallarda alışqiymətlərindən daha yüksək qiymətlərlə tarifə daxil edilib, bəzitibbi sərflərin dəyərinin tariflərdə təkrar nəzərə alınmasına yolverilib, qeyd edilənlər, öz növbəsində, bəzi xidmətlərdə tariflərinartımına səbəb olub", - məlumatda qeyd edilib.

Məluamata əsasən, dəyəri daha yüksək olan xidmətlərin TƏBİB-intabeliyində olmayan tibb müəssisələri tərəfindən təqdim olunmasıTƏBİB-in tabeliyində olan tibb müəssisələrinin maliyyəsərbəstliyinin formalaşmasına təsir göstərməklə yanaşı mövcudmeyllərin araşdırılması ilə kadr və texniki təminatla bağlıpotensialın gücləndirilməsi zərurətini qeyd etmək imkanı verir:

"Ümumiyyətlə, qeyd edək ki, toplanmış audit sübutları ilə, eləcədə Hesablama Palatasının bir neçə tibb müəssisəsində həyatakeçirdiyi auditlərlə TƏBİB-in tabeliyində olan tibb müəssisələrininmaliyyələşmə mexanizminin sığorta prinsiplərinə tam uyğun təşkiledilmədiyi müəyyənləşdirilib. Hazırda tətbiq edilən yanaşma yalnızfəaliyyətin saxlanma xərclərinin ödənilməsinə əsaslanmaqla təminolunmasına xidmət edir ki, bu da Fondun, həmçinin tibbmüəssisələrinin maliyyə dayanıqlılığının formalaşdırılmasına maneolur.

TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin təminatının tamhəyata keçirilməsi, o cümlədən dərman və tibbi sərfiyyatla təminedilməsi fonunda hər iki ildə cərrahiyə əməliyyatlarının, xüsusilədəyəri daha yüksək olan əməliyyatların əsas hissəsi, o cümlədəndəyəri 5000 manat və ondan artıq olan əməliyyatların 90,0%-dən çoxuözəl tibb müəssisələrində icra edilib.

Qeyd edək ki, Agentliklə özəl tibb müəssisələri arasındabağlanılmış müqaviləyə əsasən tibb müəssisəsi göndəriş vərəqəsiolduğu hallarda sığortaolunanlara Xidmətlər Zərfində nəzərdətutulmuş tibbi xidmətləri göstərmək hüququna malikdir. Audit olunanillərdə tibb müəssisəsinə vətəndaşlar tərəfindən müayinə və müalicəüçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyihalda Agentlik tərəfindən 14 sayda tibb müəssisəsinə 2 ildə cəmi4273,6 min manat vəsait ödənilib.

Sərbəst vəsaitin idarə olunması ilə bağlı qeyd edək ki, 2022-ciilin sonuna investisiya edilmiş vəsaitin həcmi 462,0 mln manattəşkil etmiş, 2023-cü ildə bu, 814,0 mln. manat artaraq 1276,4 mln.manat, 2024-cü ildə isə 175,3 mln. manat artaraq 1451,7 mln. manatolmuşdur. Agentlik tərəfindən investisiya fəliyyətini tənzimləyənhüquqi aktın tələbinə bəzi hallarda tam əməl edilməməməsi31.12.2024-cü tarixə depozitlər cəmi investisiya edilmiş sərbəstmaliyyə vəsaiti payının hüquqi aktlarla müəyyən edilmiş həddən çoxolmasına gətirib çıxarıb".

Məlumatda vurğulanıb ki, dövlət büdcəsindən səhiyyə sahəsindəproqram və tədbirlərə ayrılmış vəsaitin bir hissəsi, bəziləri üzrəisə böyük hissəsi və ya tam məbləğdə həmin ildə icra olunmasa da,Agentlik tərəfindən geri qaytarılması səbəbindən bu vəsaitlərdüzgün olmayaraq qalıq məbləğinə daxil edilmiş və investisiyafəaliyyəti çərçivəsində istifadə olunub:

"Əks-repo əməliyyatlarının daha uzun müddətə həyata keçirilməsidaha əlverişli investisiya alətlərinin geniş istifadəsiniməhdudlaşdırmaqla 2023-cü ildə investisiya fəaliyyətindən əldəedilmiş xalis mənfəətin 2024-cü illə müqayisədə 2 dəfədən azolmasına təsir göstərib, hər iki ildə investisiya gəlirlərininmühasibat uçotunda düzgün əks etdirilməməsi maliyyə hesabatlarınıntərtib edilməməsi fonunda bu hesabatlarda təhriflərinformalaşmasında riskləri formalaşdırıb.

Keçirilmiş satınalmalarla bağlı qeyd edək ki, 2 ildə 277satınalma keçirilmiş, həmin satınalmalar nəticəsində 757136,3 minmanat dəyərində müqavilə bağlanılıb. 2023-2024-cü illərdə cəmisatınalmaların 43,0%-i bir mənbədən keçirilsə də, bağlanmışmüqavilə məbləğinin cəmi 6,7%-i bu satınalma metodunun payınadüşüb.

Ümumiyyətlə, keçirilmiş satınalmaların planlanmasında, satınalmaprosedurlarında və satınalmaların il daxilində rüblər üzrəbölgüsündə yol verilmiş nöqsanlar, alınmış malların sifarişçiyəvaxtında çatdırılmaması, bağlanmış müqavilələrin icra faizlərininaşağı, bəzi hallarda isə çox aşağı olması, anbarda mal qalıqlarıolduğu halda həmin mallar üzrə alışların həyata keçirilməsi, birsıra hallarda isə alınmış malların anbarda hərəkətsiz qalması, ildaxilində eyni malların müxtəlif qiymətlərə alınması (bəzən eynipodratçılardan), bir sıra malların 2023-cü ildə 2022-ci ilənisbətən və 2024-cü ildə 2023-cü ilə nisbətən əsaslandırılmamışbaha alınması, tender predmetinin səmərəli və effektiv bölgüsününuyğun aparılmaması nəticəsində xüsusən dövlət proqramlarıçərçivəsində dərman vasitələrinin alınması zamanı ehtimal qiymətdənvə Tarif Şurası ilə müəyyən edilmiş qiymətlərdən baha alınmasısatınalmaların effektivliyini aşağı salan amillərdən olub".

"Faktiki olaraq satınalma predmetlərinin və hətta podratçılarınillər ərzində təkrarlanmasına və alışların proqnozlaşdırıla bilinənolmasına baxmayaraq, proqnozlaşdırma işləri tələblərə uyğunqurulmamış, məbləğ olaraq iki ilin yekununa görə satınalmaların70%-i ilin son iki rübündə keçirilib.

Bəzi hallarda bir mənbədən satınalma üçün alınmış icazələr üçüngöstərilmiş əsaslar icra prosesində təsdiqini tapmayıb. Bu isəəsassız olaraq müsabiqəsiz şərtlərin tətbiq edilməsinə şəraityaradıb.

Toplanmış audit sübutları bəzi hallarda Agentlik tərəfindəntibbi alışların həyata keçirilməsi prosesində qiymətləndirmələrzamanı əsas şərtlər toplusunda göstərilməyən amillərin əsasgötürüldüyünü göstərir. Bu, hüquqi aktın tələbinin pozulması iləyanaşı, ehtiyacların ödənilməsində qənaətli hesab edilməyənyanaşmaların tətbiqi ilə nəticələnib.

Dərman, tibbi sərfiyyat və avadanlıqların, xüsusilə də dövlətproqramları ilə alınan malların bu istiqamətlərdə ayrılmışvəsaitlərin həmin il daxilində ehtiyacların ödənilməsi üçünayrıldığını nəzərə alaraq malların məhz həmin il daxilindəçatdırılmaması əhalinin bu mallar üzrə ehtiyac qruplarının həmin ildaxilində səhiyyə xidmətlərinə əlçatanlığını məhdudlaşdırıb.Alışlar zamanı müvafiq podratçılara 127,6 mln. manat dəyərindəmalların saxlanca geri verilməsi zamanı zəruri məlumatlar əsasındauçotun aparılmaması son təyinat nöqtələri olan tibb müəssisələrinətəhvil verilmiş malların yararlılıq müddətlərinin satınalma vəmüqavilə şərtlərinə uyğunluğunda əsaslı riskləri formalaşdırıb.

İnformasiya sistemlərinin və avadanlıqlarının alışı zamanıehtimal olunan qiymətin idxal qiymətindən çox fərqlənməsi maliyyəvəsaitlərinin qənaətli və səmərəli istifadəsinə tam şəraityaratmayıb.

Daxili nəzarət mühitinin qiymətləndirilməsi ilə bağlı ilk olaraqqeyd edək ki, auditin əhatə etdiyi illərdə vakant yerlərin çoxolması, vəzifə təlimatlarının və illik iş planlarınınhazırlanmaması nəzarət mühitinin tam təmin olunmadığını göstərir.Nəzarət mexanizminin yetərli olmaması, o cümlədən daxili auditinfəaliyyətinin təşkil edilməməsi maliyyə hesabatlarının tərtibedilməməsi ilə nəticələnmiş, sonuncu hesabata dair audit şirkətitərəfindən verilmiş rəydə göstərilən qeydlər maliyyə hesabatlarınıntam, dolğun və düzgün tərtibində əhəmiyyətli şübhələrformalaşdırıb.

Belə ki, Agentlik tərəfindən hüquqi aktın tələbi pozulmaqlayalnız 2018-2021-ci illər üçün maliyyə hesabatları tərtib edilib,2021-ci il üçün maliyyə hesabatı yalnız 2025-ci ilin may ayındakənar audit tərəfindən rəy alınmaqla müvafiq qaydada təqdim olunub.2018-2021-ci illər üzrə Maliyyə hesabatlarına eyni müstəqil auditor(şirkət) tərəfindən şərti müsbət rəy verilmiş və rəy üçün əsaslarbölməsində rəyin modifikasiya edilməsi səbəbi kimi yalnız yetərliaudit sübutu əldə edilməməsi əsas gətirilmişdir ki, bu dabeynəlxalq standartlara görə rəydən imtinaya əsasdır.

Nəzarət mühitinin yaradılması və risklərin idarə olunmasısahəsində yol verilmiş bəzi nöqsanlar, eləcə də müxtəlif strukturbölmələrin fərqli ünvanlarda yerləşməsi, öz növbəsində, nəzarətfəaliyyətinin də nəticəli təmin olunmasına tam şərait yaratmayıb",- məlumatda bildirilib.

Chosen
137
14
az.trend.az

10Sources