EN

Bakı Beynəlxalq Dəniz Limanında bu ilin altı ayında nə qədər yük aşırılıb? - FOTO

Azərbaycan Dəmir Yollarının (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 2025-ci ilin altı ayında 3.9 milyon tondan artıq yük aşırılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 6.3% çoxdur.

İlin birinci yarısında limanda aşırılmış TEU konteyner (20 fut ekvivalenti) sayı isə 53 mini ötərək 2024-cü ilin analoji dövrünün göstəricisini 71.8% üstələyib.

Chosen
86
9
avtosfer.az

10Sources