AZ

Birinci yarımildə Bakı Beynəlxalq Dəniz Limanında 4 milyon tona yaxın yük aşırılıb

Bakı, 30 iyul, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 2025-ci ilin 6 ayında 3,9 milyon tondan artıq yük aşırılıb.

Bu barədə AZƏRTAC-a ADY-nın mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 6,3 faiz çoxdur. İlin birinci yarısında limanda aşırılmış TEU konteyner (20 fut ekvivalenti) sayı isə 53 mini ötərək 2024-cü ilin analoji dövrünün göstəricisini 71,8 faiz üstələyib.

Seçilən
62
9
azertag.az

10Mənbələr