EN

Bu ərazidəki yüzlərlə ev su altında qaldı – Daha bir fəlakət yaşandı

Kamçatkada 8,8 bal gücündə zəlzələdən sonra baş verən sunami səbəbindən Severo-Kurilsk şəhərinin bir hissəsi su altında qalıb.

Yenisabah.az xəbər verir ki, Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka Şöbəsinin sosial media hesabından edilən açıqlamada, Kamçatkada baş verən zəlzələnin Moskva vaxtı ilə saat 3 radələrində 8,7 bal gücündə olduğu və bunun 1952-ci ildən bu yana bölgədə baş verən ən güclü zəlzələ olduğu bildirilib.

Xəbər verildiyi kimi, Rusiya Elmlər Akademiyasının rəsmiləri 7,5 bal gücündə afterşokların ən azı bir ay davam edəcəyini proqnozlaşdırıblar.

Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələdən sonra tələfatın olmadığını açıqlayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
63
37
yenisabah.az

10Sources