EN

İsrailin Azərbaycandakı yeni səfiri Bakıya gəlib

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Bakıya gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Bakıdakı səfirliyi X-də paylaşım edib.

Paylaşımda İsrail diplomatının Azərbaycana gəlişinin videogörüntüləri yer alıb. Videoda səfir hamını Azərbaycan dilində salamlayır.

Xatırladaq ki, 2025-ci il yanvarın 12-də İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin direktoru Ronen Kraus Azərbaycana yeni səfir təyin edilib. R.Kraus Azərbaycandakı səfir vəzifəsində Corc Diki əvəz edib.

Chosen
41
13
ikisahil.az

10Sources