İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Bakıya gəlib.
Paralel.az bu barədə İsrailin Bakıdakı səfirliyinin paylaşımına istinadən xəbər verir.
Paylaşımda İsrail diplomatının Azərbaycana gəlişinin videogörüntüləri yer alıb. Videoda səfir hamını Azərbaycan dilində salamlayır.
Xatırladaq ki, 2025-ci il yanvarın 12-də İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin direktoru Ronen Kraus Azərbaycana yeni səfir təyin edilib. R.Kraus Azərbaycandakı səfir vəzifəsində Corc Diki əvəz edib.
Ambassador-designate Mr. Ronen Krausz has arrived in Azerbaijan.
— Israel in Azerbaijan (@IsraelinAZ) July 30, 2025
We all welcome him with open hearts and wish him a successful journey. ?????
———————
Yeni təyin olunmuş Səfir cənab Ronen Krausz Azərbaycana gəlib.
Hamımız onu ürəkdən salamlayır və ona gələcək fəaliyyətində… pic.twitter.com/POnvsoCVHd