Şəkidə ağır yol-nəqliyyat hadisəsi olub.
Axar.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda qeydə alınıb. Hadisədə VAZ-2107 və “Mitsubişi” markalı avtomobillər toqquşub. Nəticədə VAZ-ın sürücüsü, 63 yaşlı Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.